SON XƏBƏRLƏR

Rusiya səfiri İran XİN-ə çağırıldı

2023.07.12, 13:20
Rusiya səfiri İran XİN-ə çağırıldı

 Rusiyanın Tehrandakı səfirir İran XİN-nə çağırılıb.

Gunaz.tv

Buna səbəb  bir müddət öncə keçirilmiş Moskvanın Rusiya və Körfəz Ölkələri Şuranın 6-cı strateji toplantısında körfəzdə yerləşən 3 adanın BƏƏ-yə məxsus olduğunu dəstəkləməsidir.

Qeyd edək ki, bəyanatda “Kiçik Tünb”, “Böyük Tünb” və “Əbu Musa” adalarının BƏƏ-yə məxsus olduğu bildirilir.

İyulun 12-də İranın xarici işlər nazirinin köməkçisi və Körfəz işləri üzrə baş direktor Əlirza İnayəti Rusiya Federasiyasının səfirini XİN-ə çağırıb və həmin bəyanatda dərc edilmiş mətnə İranın etirazını bildirib.

İnayəti qeyd olunan 3 adanın İrana əbədi məxsus olduğunu vurğulayıb, səfirdən Moskvanın bu barədə mövqeyinə düzəliş edilməsini istəyib. 

Səfir İranın ərzai bötüvlüyünə ehtiramla yanaşıldığını deyərək bu məsələni Moskvaya çatdıracağını deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar