SON XƏBƏRLƏR

İran NATO-nun ittihamlarına cavab verdi

2023.07.13, 12:50
İran NATO-nun ittihamlarına cavab verdi

İranın Belçikadakı səfirliyi NATO-ya üzv ölkə başçılarının Litvada irəli sürdüyü ittihamlara münasibət bildirib.

Gunaz.tv

Səfirlik bu ittihamları rədd edib və quruma üzv bəzi ölkələrin İrana "maksimum təzyiqlərinin dayandırılmasını" tələb edib.

İran səfirliyi bu təzyiqlərin "insanlığa qarşı cinayət olduğunu" iddia edib.

Qeyd edək ki, “İrana qarşı maksimum təzyiqlər” Avropa və Amerikanın İrana qarşı hərtərəfli sanksiyaları anlamındadır.

“İranın Ukrayna böhranında müdaxiləsi əsassız bir iddia olaraq qısamüddətli üstünlük əldə etmək məqsədi daşıyır.

İran Ukrayna münaqişəsində öz netral mövqeyini qoruyur və BMT-nin nizamnaməsinə əsasən bütün ölkələrin müstəqiliyi və ərazi bütövlüyünə təkid edir.

NATO-ya üzv ölkələr İrana qarşı əsassız ittimalardan çəkinməlidir"-Səfirliyin bəyanatında deyilir.

 

Xatırladaq ki, NATO Vilnüsda keçirilən toplantının yekun bayanatında İranın Ukraynaya qarşı müharibədə Rusiya ilə əlbir olmağa son qoymasını tələb edib.

Bəyanatda qeyd olunub ki, İranın nüvə silahına əsla çatmamalı və sabitliyi pozan dağıdıcı hərəkətlərdən çəkinməlidir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar