SON XƏBƏRLƏR

Qardaşı öldürülən güneyli gənc həbs edilib

2023.07.13, 16:33
Qardaşı öldürülən güneyli gənc həbs edilib

Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinin zindanında işgəncə altında öldürülən Hadi Əttarzadənin qardaşı Qasım Əttarzadənin həbs edildiyi məlum olub.

Gunaz.tv

Bu barədə güneyli jurnalist və ictimai fəal Pərviz Yari özünün sosial media hesabında paylaşım edib.

"Hadi Əttarzadəni xatırlayırsınız? İspirtli içdiyinə görə Əhər zindanında şallaq vurulan və işgəncə asltında öıdürülən Hadini deyirəm.

Onun qardaşı Qasım Əttari qardaşının öldürülməsi ilə bağlı şikayət etdiyi və ədalətli məhkəmə tələb etdiyinə görə həbs edilib və 91 gün öldürülən qardaşının saxlanıldığı kamerada saxlanılıb",- Yari paylaşımında yazıb.

Məlumatda Qasım Əttarzadənin bundan əvvəl "yalan məlumat yaymaq" ittihamı ilə həbs edildiyini və məsələnin ictimailəşdirilməməsi üçün onun təhdid edildiyi bildirilib.

Qeyd edək ki, ispirtli içki içdiyinə görə həbs edilən Hadi Əttarzadə 20 avqust 2021-ci ildə barəsində çıxarılan şallaq cəzasının tətbiqi zamanı həyatını itirib.

Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiya şallaq cəzasını  insan ləyaqətini alçaldan cəza növü kimi tanıyır və tətbiqini açıq şəkildə qadağan edir. Buna baxmayaraq, İran məhkəmələri şallaq cəzasının tətbiqi ilə bağlı çox sayda qərarlar çıxarmaqda davam edir.
 
Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar