SON XƏBƏRLƏR

İranda təhsil işçilərinə sosial media qadağası

2023.07.14, 11:20
İranda təhsil işçilərinə sosial media qadağası

İranda müəllimlərin və başqa təhsil işçilərinin sosial mediadan istifadəsinə və paylaşımlarına nəzarət ediləcək.

Gunaz.tv

Bu barədə İranın təhsil naziri Rza Murad Səhrayi mediaya verdiyi müsahibədə deyib.

O, sosial media və internetdən istifadə sahəsində boşluqlar olduğunu və bunun aradan qaldırılması üçün yeni qaydalar hazırlandığını bildirib.

Nazirin bu çıxışı xüsusilə son həftələr onlarla müəllimin sosial mediadakı tənqidi paylaşımlarına və repressiyalara etiraz etdiklərinə görə işdən qovulmaları ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, Əli Xameneyi və İranın başqa yüksək rütbəli rəsmiləri dəfələrlə kiberməkan və sosial mediaya məhdudiyyətlərin tətbiqi ilə bağlı bəyanatlar səsləndiriblər.

Xüsusilə ötən ilin sentyabrından başlayan etiraz aksiyalarından sonra ölkədə internet və sosial mediaya girişə ciddi məhdudiyyətlər tətbiq edilib, bir sıra sosial media portallarının fəaliyyəti dayandırılıb.

Bundan bir müddət əvvəl İranın baş prokuroru Məhəmmədcəfər Müntəziri sosial mediada müxtəlif qeyri-dəqiq və qıcıqlandırıcı məlumatların yayıldığını iddia edib və problemlərlə bağlı faktsız paylaşım edənlərə qarşı cinayət işi açılacağını söyləyib.

Məhəmmədcəfər Müntəziri bundan öncə də dəfələrlə internet və sosial mediaya sərt məhdudiyyətlər qoyulması, sosial mediaya nəzarət edilməsi ilə bağlı təkliflər irəli sürüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar