SON XƏBƏRLƏR

Həbs olunmuş müəllimlərlə bağlı "100 min imza" kampaniyası başlayıb

2023.07.14, 12:55
Həbs olunmuş müəllimlərlə bağlı "100 min imza" kampaniyası başlayıb

Müəllimlərin peşə qurumları həbs olunmuş əməkdaşlarının azadlığı buraxılması, onlara təzyiqlərə son qoyulması tələbi ilə “100 min imza” kampaniyasına başlayıb.

Gunaz.tv

"Ötən illərdə müəllimlərin peşə qurumlarına qarşı təhlükəsizik qüvvələri tərəfindən basqıların miqyası genişlənib”-Bunu deyən Kərəc şəhərinin “Kəçui” həbsxanasında saxlanılan müəllim İsmayıl Əbdi kampaniyaya dəstək verdiyini bildirib.

Qeyd edək ki, kampaniyanı artıq 10 min nəfər imzalayıb.

Ötən həftə isə 1200 müəllim Məhkəmə Sistemi sədrinə məktub yazaraq həbs olunmuş müəllimlərin azad olunmasını, peşə qurumlarına basqılara və təşsil işçilərinə iş açılmasına son qoyulmasını tələb etmişdi.

Məktubun surəti yüksək dövlət rəsmilərinə və Məclisin rəyasət heyətinə də göndərilib. 

Lakin müəllimlərə gələn cavabda bildirilir ki, “məhkəmə və prezident tərəfindən qəbul olunmayıb”.

Kampaniyanın təşkilatçıları bildirib ki, həmin məktubun rədd olunması ilə dövlət rəsmiləri sübut etdilər ki, bu qədər mədəniyyətli və qanuni bir davranışı da qəbul edə və dözə bilmirlər.

“Ötən 20 il ərzində müəllimlər öz tələblərini tam sakitcəvə Ana Yasanın 26 və 27-ci maddələrinə əsasən bildiriblər.

Lakin dövlət rəsmiləri bu tələbləri hər dəfə aqressiv və basqı vasitələrini tətbiq etməklə qarşlayıblar”-açıqlamada bildirilib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar