SON XƏBƏRLƏR

Vaşinqtonda Rusiya-İran əlaqələri müzakirə ediləcək

2023.07.14, 14:53
Vaşinqtonda Rusiya-İran əlaqələri müzakirə ediləcək

Amerika prezidenti Co Bayden israilli həmkarı İsaak Hersoqla Vaşinqtonda görüşərək Moskva-Tehran əlaqələrini müzakirə edəcəklər.

Gunaz.tv

Bu barədə Ağ Ev açıqlama yayıb.

Görüşdə Rusiya və İranın sıx və artan əlaqələrinin, habelə Tehranın bölgədə sabitliyi pozma fəaliyyətlərinin müzakirə olunacağı bildirilir.

“Bayden bu görüşdə ortaq demokratik dəyərlər, fələstinlilər və israillilər üçün azadlıq, rifah və təhlükəsizlik vasitələri barədə təkid edəcək.

Həmçinin  Amerikanın həmişəki kimi İsrailin təhlükəsizliyini himayə edəcəyini bildirəcək”-Ağ Evin sözçüsü Karin Jan-Pyer belə deyib.

Qeyd edək ki, Hersoq İsrail dövlətinin yaradılmasının 75-ci ildönümü ərəfəsində Amerikaya səfər edəcək.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar