SON XƏBƏRLƏR

İran avtomobil qarşılığında Keniyadan mal əti alacaq

2023.07.14, 15:34
İran avtomobil qarşılığında Keniyadan mal əti alacaq

İran Keniyaya mal əti əvəzinə yerli istehsal olan "Nissan Zamyad" kiçik yük avtomobilləri göndərəcək. Bununla bağlı razılaşma İran prezidentinin Keniyaya səfərində əldə olunub.

Gunaz.tv

İranda nəşr olunan "İqtisad" qəzeti yazıb ki, ötən 10 ildə İrana orta hesabla illik 100 min ton mal və qoyun əti idxal olunub.

Ötən ildə mal əti qiymətinin başgicəlləndirici səviyyədə artmasını nəzərə alsaq Keniyadan ucuz mal ətinin idxalı ölkə üçün əlverişlidir.

Bu, İranda mal ətinin qiymətinin ucuzlaşması ilə nəticələnə bilər.

Eksperlət hesab edir ki, ölkədən valyuta çıxmadığı üçün barter müqavilələri iqtisadi baxımdan da sərfəlidir.
Qeyd edək ki, Tehran şəhəri Avtomobillərin Texniki Yoxlanışı Qərargahının icraçı direktoru Şadi Maliki həmin kiçik yük avtomobillərinin yüzdə 60 faizinin texniki yoxlanışdan keçə bilmədiyini demişdir.

Taymaz

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar