SON XƏBƏRLƏR

8 senator Ağ Evə İranla bağlı məktub yazdı

2023.07.15, 11:50
8 senator Ağ Evə İranla bağlı məktub yazdı

8 Respublikaçı senator Amerikanın xarici işlər və maliyyə nazirlərinə İranla bağlı məktub ünvanlayıb.

Gunaz.tv

Məktubda Bayden administrasiyasından İrana qarşı neft sanksiyalarının tam icra etməsi tələb edilir.

Həmçinin İranın neft gəlirlərinin artması ilə bağlı narahatlıq ifadə olunur və neft sanksiyalarının miqyasının xüsusilə də Çinin şəxsləri və qrumları ilə əlaqədar genişləndirilməsi tələb edilir. 

Senatorlar bildirib ki, Co Bayden iqtidara keçdiyi vaxtdan Çin İrandan 47 milyard dollar neft alıb.

Məktubda vurğulanıb ki, İranın gəmi donanması bu ölkənin tərəfindən gizli neft qaçaqmalçılığına əsas bir vasitəyə çevrilib və bu yöndə fəaliyyət göstərən 60 gəmi sayı 2021-ci ildə  338 gəmiyə yüksəlib. 

Sənəddə qeyd olunub ki, Tramp administrasiyasının maksimum təzyiq rıçağı Bayden tərəfindən davam etdirilmədiyinə görə İranın neft gəliri 2018-ci ildən bu yana ən maksimum həddə yüksəlib.

İran isə bu gəlrilərdən xalqın etirazlarına basqı, terrorist qruplara himayə, amerika qüvvələri və diplomatlarına həmlə və Ukrayna müharibəsində Rusiyanı himayə üçün istifadə edib.

Məktubun sonunda İrana neft sanksiyalarının icrasında Baydenin qüsurları tənqid olunub.

Bildirilib ki, bunun nəticəsində Amerikanın Orta Şərq, Avropa və digər istiqamətlərdə siyasəti effektsiz olub.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar