SON XƏBƏRLƏR

Amerika İrana qarşı bölgəyə daha çox F-16 göndərəcək

2023.07.15, 12:00
Amerika İrana qarşı bölgəyə daha çox F-16 göndərəcək

Amerika Hormuz boğazında İranın tərəfindən gəmilərin zəbt olunmasına qarşı bölgəyə daha çox F-16 qırıcıları göndərəcək. Bunu Pentaqonun rəsmisi açıqlayıb.

Gunaz.tv

“Amerika ticarət gəmilərini qorumaq məqsədi ilə cari həftənin sonunda F-16 qırıcılarını Körfəz göndərəcək.

F-16 qırıcıları A-10 qırıcılarına Körfəzdə patrul xidmətində köməklik edəcək”- Pentaqonun rəsmisi belə deyib.

Qeyd edək ki, İran körfəzin Hormuz boğazından ötən ticarət gəmilərinə təzyiq edir və onları zəbt etməyə çalışır.

Misal üçün İran bir müddət ön "Riçmond Voyecer" və "TRF MAss" neft tankerlərini zəbt etməyə cəhd edib.

Lakin Amerikanın körfəzdə sakitliyi qoruyan qüvvələrinin müdaxiləsi ilə bu dəfə öz hədəflərinə nail ola bilməyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar