SON XƏBƏRLƏR

Sosial mediada Urmu gölü ilə bağlı kampaniya başlayıb

2023.07.15, 12:00
Sosial mediada Urmu gölü ilə bağlı kampaniya başlayıb

Sosial mediada Urmu gölü ilə bağlı kampaniyaya start verilib. Kampaniya güneyli milli-mədəni və ətraf mühit fəalları tərəfindən başladılıb.

Gunaz.tv

Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə "#Urmu_Araz_Üçün_Birlik" həştəgi altında kampaniyaya start verilib.

Onlar sosial mediadakı paylaşımlarında Urmu gölünün artıq məhv olmaq üzrə olduğunu və hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını yazıblar.

Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir. 

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilmoter olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar