SON XƏBƏRLƏR

İranda dövlət qurumlarının saytlarına kiberhücumlar oldu

2023.07.15, 14:51
İranda dövlət qurumlarının saytlarına kiberhücumlar oldu

İranın dövlət qurumu olan Şəhidlər və Qazilər Fonduna (İsargəran) kiberhücumlar olub.

Gunaz.tv

Hücumu təsdiq edən fond məsulları sistemin işləmədiyini və bərpa işlərinin aparıldığını deyiblər.

Bəyanatdan kiberhücumların bir neçə gün öncə həyata keçirildiyi məlum olsa da, məlumat iyulun 15-də rəsmi şəkildə təsdiq edilib.

Fon yaydığı bəyanatda şəhid və qazı ailələrini səbirli olmağa və sistemin bərpasını gözləməyə çağırıb.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar