SON XƏBƏRLƏR

İran həbsxanalarında 3 məhkum edam edildi

2023.07.17, 11:36
İran həbsxanalarında 3 məhkum edam edildi

Qərbi Azərbaycanın mərkəzi Urmu şəhəri və Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas şəhərlərinin həbsxanalarında 3 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə İnsan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Urmuda edam edilənlər adam öldürməkdə günahlandırılıb.

Onlardan biri Hüseyn Dolxani makı şəhərinin sakinidir.

Bəndər Abbasda edam edilən şəxsin isə Qulam Sədiq Hormozi olduğu və narkotik maddələrin alverində ittiham edildiyi bildirilib.

Edam edilən üçüncü şəxsin kimliyini müəyyənləşdirməyin hələlik mümkün olmadığı qeyd edilib.

Qeyd edək ki, Cari ilin 6 ayı ərzində İranda 354 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.

Narkotiklərlə bağlı ittihamlar üzrə 206 nəfər asılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 faiz çoxdur.

Timur 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar