SON XƏBƏRLƏR

Çin və İranın ortaq layihələri icraya başlanacaq

2023.07.17, 12:43
Çin və İranın ortaq layihələri icraya başlanacaq

İranın iqtisadiyyat naziri Seyid Ehsan Xanduzi Çin və İranın ortaq layihələrinin qarşıdakı aydan icraya başlanacağını bildirib.

Gunaz.tv

“4 il yarım fasilədən sonra iki ölkənin ortaq komissiyasının ilk iclasını keçirdik.

İclasda Çinə təklif olunmuş çoxsaylı investisiya proyektlərindən bəzisi, o cümlədən enerji, yeraltı sərvətlər sənayesi, kənd təsərrüfatı və səhiyyə sahələri prioritet olaraq komissiya tərəfindən razılaşılıb”- bunu Xanduzi Pekində açıqlayıb.

Xanduzi bildirib ki, Çin İranın ən iri ticarət ortağıdır.

"İranın istehsal etdiyi mallar ən çox bu ölkəyə ixrac olunur.

Habelə bizim idxalatımızın böyük bir hissəsi isə Çindən edilir. Çin qeyri-neft ticarət sahəsində İranın ortaqlıq etdiyi ölkələr sırasında yüzdə 24 paya malikdir” -deyə, nazir vurğulayıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar