SON XƏBƏRLƏR

Ərdoğan Bəşər Əsədlə dialoq şərtlərini açıqlayıb

2023.07.17, 15:52
Ərdoğan Bəşər Əsədlə dialoq şərtlərini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə hansı şərtlə dialoq apara biləcəyini açıqlayıb.

Gunaz.tv

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə hansı şərtlə dialoq apara biləcəyini açıqlayıb.

Bu barədə Türkiyə Prezidenti Səudiyyə Ərəbistanına səfərə getməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Suriya ilə münasibətlərimizi kəsmək, bu ölkəyə qapını bağlamaq müzakirə mövzusu deyil. Qapı açıqdır. Biz Bəşər Əsədlə görüşmə məsələsinə qapalı deyilik. Onunla görüşərik. Lakin bütün məsələ onların bizə yaxınlaşma tərzi ilə bağlıdır.

Əsəd Türkiyənin Suriyanın şimalından çıxmasını istəyir.

Biz orada terrorla mübarizə aparırıq, sərhədimizdəki terrorla mübarizə aparırıq. Türkiyə oradan təhdid olunur. Biz ədalətli yanaşma istəyirik, bu olduqdan sonra bütün məsələlərin öhdəsindən gələrik", - Ərdoğan qeyd edib. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar