SON XƏBƏRLƏR

İran hərbçiləri etnik bəluçu güllələdi

2023.07.17, 19:16
İran hərbçiləri etnik bəluçu güllələdi

İyulun 17-də İran hərbçiləri Cənubi Xorasan əyalətinin Qaen şəhərində pərakəndə yanacaq satışı ilə məşğul olan etnik bəluçu güllələyib.

Gunaz.tv

Bu barədə məlumat yayan insan haqları təşkilatları öldürülən şəsin Əfşin Sənçuli olduğunu bildiriblər.

Məlumatda hökumət qüvvələrinin açdığı atəş nəticəsində etnik bəluçun avtomobilinin alışdığı və onun avtomobildə diri-diri yanaraq öldüyü bildirilib.

Qeyd edək ki, son bir il ərzində 288 etnik bəluc İran məmurları tərəfindən öldürülüb.

Onların əksəriyyəti İran, Əfqanistan və Pakistan sərhəddində pərakəndə yanacaq satan yoxsul şəxslərdir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar