SON XƏBƏRLƏR

Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdinə “Togg” avtomobili hədiyyə edib

2023.07.18, 13:25
Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdinə “Togg” avtomobili hədiyyə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana “Togg” avtomobili hədiyyə edib.

Gunaz.tv

Səudiyyə Ərəbistanında səfərdə olan Türkiyə lideri bu ölkənin rəhbərliyi ilə birbaşa investisiya, müdafiə sənayesi, enerji, müdafiə və kommunikasiya sahələrində birgə əməkdaşlıq məsələlərini müzakirə edib.

Əl Salam sarayında R.T.Ərdoğan Məhəmməd bin Salman arasında təkbətək və geniştərkibli görüş olub.

Danışıqlardan sonra Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı vəliəhdinə ağ rəngli “Togg” hədiyyə edib.

Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova “Togg” avtomobili təqdim olunub. (report)

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar