SON XƏBƏRLƏR

İslami Əməkdaşlıq Təşkilatının nazirləri Xiyava səfər edəcəklər

2023.07.18, 13:16
İslami Əməkdaşlıq Təşkilatının nazirləri Xiyava səfər edəcəklər

Oktyabr ayında İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirləri Ərdəbil əyalətinin Xiyav (Meşginşəhr) şəhərində yerləşən tarixi "Şəhər yeri" kompleksinə səfər edəcəklər.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Təşkilatının başçısı Həsən Məhəmmədi ədib açıqlama verib.

O, eyni halda Nir şəhərinin yaxınlığında yerləşən və Səfəvilər dövrünə aid tarixi Şah Abbas karvansarayının dosiyəsinin beynəlxalq qeydiyyata alınması üçün İranın Mədəni İrs Nazirliyinə göndərildiyini bildirib.

Qeyd edək ki, “Şəhər yeri” Xiyavın 30 kilometrliyində, Qarasu çayının qırağında yerləşir. 400 hektar sahəsi olan tarixi məkanın Qoşatəpə hissəsinin 9 min illik tarixi var. Oradakı qəbir və daş heykəllərinin isə 4 min illik tarixi olduğu bildirilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar