SON XƏBƏRLƏR

Təbrizin istirahət parkları baxımsız qalıb

2023.07.18, 14:50
Təbrizin istirahət parkları baxımsız qalıb

Təbrizin istirahət parklarının çoxu, o cümldən şəhərin Bağmeşə məhəlləsinin Savalan Parkı baxımsız vəziyyətdədir.

Gunaz.tv

"Azərəncümən" xəbər portalının məlumatına görə, əsasən Bağmeşə məhəlləsinin Savalan Parkı yaxşı durumda deyil.

Parkın baxımsız vəziyyəti məhəllə sakinlərinin gileylənməsinə səbəb olub.

Yaşıl qazonun üzərinə zibl qutuları, torbaları, müxtəlif məişət tullantıları, kafel qırıqları atılıb.

Şəhər rəhbərliyinin laqeydliyi üzündən parkın yaşıllıq hissəsi baxımsız vəsiyyətə düşüb, hovuzunda su yoxdur.

Habelə bufetlər xarabalığa dönüb. Ərazi şəhər sakinləri üçün təhlükəli məkana çevrilib. 

"Azərəncümən" həmçinin bildirir ki, Təbrizin parklarının çoxu buna oxşar durumdadır.

Şəhər sakinləri parklarda işıqlandırmanın, sanitar qovşağın təmiz olmadığını deyiblər.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar