SON XƏBƏRLƏR

Braziliyanın 1 ildən çox qalmış əti İran bazarına ötürülüb

2023.07.18, 17:00
Braziliyanın 1 ildən çox qalmış əti İran bazarına ötürülüb

Hormozqan əyalətinin prokuroru xüsusi məhkəmə göstərişi ilə Braziliyanın 200 ton donmuş ətinin satışdan çıxarıldığını bildirib.

Gunaz.tv

Həmin ət partiyası 1 ildən artıq Bəndər Abbas dəniz limanının Rəcai adına gömrüyündə qalıbmış.

“ölkənin məhkəmə sistemi sədrinin göstərişi ilə gömrük anbarlarında depolanmış əmtəələrin təftişi aparılıb.

Nəticədə Bəndər Abbas dəniz limanı Rəcai adına Gömrüyündə Braziliyanın 200 ton donmuş ətinin qaldığı aşkarlanıb. 

Ətin 1 ildən artıq qaldığı və çürüyəcəyi ehtimal edildiyinə görə onun tərxis olunub ölkə bazarlarına yüklənməsi əmri verilib. 

"Müvafiq orqanların, o cümlədən Respublikanın Baytarlıq Təşkilatının təsdiqləməsinə əsasən, həmin partiyanın isidilmiş ət istehsalı obyektlərində istifadə olunması qərara alınıb”. Əyalətin prokuroru Əlirza Əhmədi Məniş belə deyib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar