SON XƏBƏRLƏR

İranda havanın çirklənməsi ilə birlikdə tepmeratur rekord dərəcədə yüksəldi

2023.07.19, 10:49
İranda havanın çirklənməsi ilə birlikdə tepmeratur rekord dərəcədə yüksəldi

İran Meteorologiya Təşkilatının açıqlamasına görə, bu yay ölkədə keçmişə nisbətən yüksək istilər müşahidə olunması ilə eyni vaxtda böyük şəhərlərdə havanın çirklənməsi insanların problemlərini daha da artırıb.

Gunaz.tv

Bu barədə İran Milli İqlim Mərkəzinin başçısı Əhəd Vəzifə məlumat verib.

O, yayda yetərli miqdarda yağış yağmadığını deyib və bildirib ki, bu ilki yay keçən ilki və hətta uzunmüddətli orta temperaturdan daha isti olacaq.

Qeyd edək ki, Əhəd Vəzifənin açıqlaması ilə eyni gündə Məşhəd şəhərində havanın təhlükəli səviyyədə çirklənməsi və toz fırtınasının baş verməsi iş yerləri, dövlət idarələri və təhsil mərkəzlərinin bağlanmasına səbəb olub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar