SON XƏBƏRLƏR

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2023.07.19, 14:36
Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

Təbrizdə mədəni fəallar Urmu gölünün qurudulmasına qarşı başladılan kampaniyaya dəstək aksiyası keçiriblər.

Gunaz.tv

Onlar Urmu gölünün fotosu üzərində "#Urmu_Araz_Üçün_Birlik" yazılmış çoxlu sayda posteri Təbrizin müxtəlif bölgələrində paylayıb, ictimai yerlərdə yapışdırıblar.

Qeyd edək ki, Güney Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmu gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə "#Urmu_Araz_Üçün_Birlik" həştəgi altında kampaniyaya start verilib.

Onlar sosial mediadakı paylaşımlarında Urmu gölünün artıq məhv olmaq üzrə olduğunu yazıb, hakimiyyətin gölün bərpası barədə vədlərinin azərbaycanlıları aldatmağa hesablandığını vurğulayıblar.

Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar