SON XƏBƏRLƏR

"İranın nüvə proqramı bizə və Amerikaya təhdiddir"-İsrail Prezidenti

2023.07.20, 12:30
"İranın nüvə proqramı bizə və Amerikaya təhdiddir"-İsrail Prezidenti

İsrail prezidenti İsaak Herzoq Amerika Konqresində çıxışı zamanı İranın nüvə proqramının bu ölkəyə və Amerikaya qarşı ən iri hədə olduğunu deyib. Onun fikrincə İranın atom silahına çatması yolverilməzdir.

Gunaz.tv

“Gəlin sədaqətlə danışaq: İranın məqsədi sülh məqsədli nüvə enerjisi deyil. Məqsəd nüvə silahına çatmaqdır.

İran hara ayaq basır oranı dağıdır. Bunu İranın öz xalqına basqısında da görmək olar. Ukraynada görürük. İran tək rejimdir ki, uca səslə başqa bir ölkənin məhv edilməsini tələb edir"-İsaaq Hersoq bildirib. 

Onun sözlərində görə, İran milləti ilə heç bir problem yoxdur: "Nüvə silahı istehsalına çatmaqda olan İran dözüləsi deyil.

Bu rejimin nüvə silahına çatmasına yol verilməsi bir etik məğlubiyyətdir. İsrail İranın nüvə bacarığına çatmasının qarşısını almaqda israrlıdır”.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar