SON XƏBƏRLƏR

SEPAH İranın neft tankerlərini saxlayanları təhdid etdi

2023.07.20, 14:14
SEPAH İranın neft tankerlərini saxlayanları təhdid etdi

“İranın neftini saxlanılmış tankerlərdən boşaltmağa cəhd edən hər hansı ölkədən əvəz çıxacağıq".Bunu SEPAH dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri iddia edib.

Gunaz.tv

O, bildirib ki, muasir dünyada “döy, aradan çıx” dövrü artıq bitib.

"Bu tərz davrananlar paylarını alacaqlarını gözləsinlər. Bu məsələ də Tehran ancaq Amerikanı cavabdeh bilir"-Əlirza Təngsiri belə deyib.

Qeyd edək ki, Təngsirinin bu çıxışı sanksiyalar səbəbindən müxtəlif ölkələr və əsasən Amerika tərəfindən İranın neft tankerlərinin dəfələrlə zəbt olunması ilə əlaqədardır. 

İndoneziyanın Sahil Qvardiyası iyulun 11-də qanunsuz neft daşıdığı güman olunan İranın neft tankerinin zəbt edildiyini və boşaldıldığını bildirmişdi.

Xatırladaq ki, İran dünyaya inteqrasiyaya zidd davranışları nəticəsində tətbiq olunmuş sanksiyaları aşa bilmək üçün neftini müxtəlif yollarla, o cümlədən başqa ölkələrin bayraqları altında üzən tankerlər vasitəsi ilə satır. 

Həmçinin bir neçə aydır ki, bu yöndə Afrıka ölkələrinin imkanarından istifadə edə bilmək məqsədi ilə ölkənin prezidenti İbrahim Rəisi qitənin ölkələrinə səfərlər edərək çoxlu iqtisadi müqavilələr bağlayıb.

SEPAH isə siyasi arenada Amerika və Avropa ölkələrindən bac almaq üçün İran dövlətinin siyasəti olaraq dünyada təxribat planları həyata keçirən bir təşkiladır.

Ona görə də adı bir sıra ölkələr tərəfindən terrorçu təşkilatlar siyahısına salınıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar