SON XƏBƏRLƏR

Sistan və Bəluçistanda səfalət hökm sürür: Ürəkdağlayan GÖRÜNTÜLƏR

2023.07.20, 15:45
Sistan və Bəluçistanda səfalət hökm sürür: Ürəkdağlayan GÖRÜNTÜLƏR

İranın Sistan və Bəluçistan əyalətində əhali sosial fəlakət həddində yaşayır. Bununla bağlı sosial şəbəkələrdə videolar paylaşılıb.

Gunaz.tv

Video Sistan və Bəluçistan əyalətinin Bahukulat vilayətinin Guraki kəndində çəkilib. Videoda bir uşağın dəri xəstəliyinə tutulduğu görünür. 

Bir qadın isə kameraya içərisində ancaq çörək və su olan kasanı göstərib deyir: “Kənd əhalisinin qidası ancaq budur”.

Qeyd edək ki, Sistan və Bəluçistan əyaləti İranın yoxsul və hökumətin diqqətindən kənarda qalmış əyalətidir. 

Görünür sözügedən uşağın valideyni onun xəstəliyini müalicəyə etdirməyə imkanı olmayıb.

Yaxud bölgədə səhiyyə ocağı olmadığına görə xəstəlik inkişaf edərək və təhlükəli səviyyəyə çatıb. 

Xatırladaq ki, İran dövlətinin iç və dış siyasəti əsasən hakim farsların mənafeyinə dayandığına görə ölkənin qeyri-fars əyalətlərində problemlər həllil ilə bağlı əməli addımlar atılmır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar