SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda su qıtlığına görə etiraz aksiyası keçirilib

2023.07.21, 14:14
Şərqi Azərbaycanda su qıtlığına görə etiraz aksiyası keçirilib

İyulun 20-də Şərqi Azərbaycan əyalətinin Bəxşayış şəhərində su çatışmazlığı ilə bağlı etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə yerli sosial media istifadəçiləri məlumat və videolar paylaşıblar.

Şəhərin Su və Kanalizasiya Şirkətinin qarşısına toplaşan etirazçılar bir həftədir içməli suyun kəsilməsindən narazılıqlarını bildiriblər.

Qeyd edək ki, xüsusən iyul ayının əvvəlindən Təbrizdə daxil olmaqla Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində su qıtlığı yaranıb.

İranın Ərazi Bölgüsü İdarəsinin statistikasına əsasən, bu ölkədə 45 min 926 kəndin 23 minində və 24 əyalətinin 272 şəhərində su sıxıntısı yaşandığını açıqlamışdı.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar