SON XƏBƏRLƏR

Nazirlər Kabinetində Naxçıvanla bağlı iclas keçirilib

2023.07.21, 15:34
Nazirlər Kabinetində Naxçıvanla bağlı iclas keçirilib

Nazirlər Kabinetində (NK) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.

Gunaz.tv

Bu barədə hökumətdən bildirilib.

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən geniş tərkibli iclasda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvanın Nazirlər Kabineti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların) nümayəndələri iştirak ediblər.

İclasda Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamının və verilmiş digər tapşırıqların icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, tapşırıqların vaxtında və keyfiyyətli icrası üçün müvafiq göstərişlər verilib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. (report)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar