SON XƏBƏRLƏR

Millət vəkili DİN başçısının impiçmentini tələb etdi

2023.07.21, 16:41
Millət vəkili DİN başçısının impiçmentini tələb etdi

Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi İranın daxili işlər naziri Əhməd Vəhidinin impiçmentdən yaxa qurtarmaq üçün hicab məsələsinin arxasında gizləndiyini deyib.

Gunaz.tv

Millət vəkili bu barədə İranın "Xəbər onlayn" saytınam müsahibəsində bildirib.

"Nazir impiçmentdən qaçmaq üçün əxlaq polisi və hicabsızlıqla mübarizə məsələsini ortaya atıb. Onun dedikləri ilə xalqın istəkləri arasında böyük fərq var. Bu gün xalqın problemi hicbasızlıq deyil, məişət məsələləri, bahalıq, işsizlik və mənzil problemidir",- millət vəkili qeyd edib.

O, vətəndaşların prioritetləri ilə hökumətin prioritetlərinin üst-üstə düşmədiyini və bunun ölkədə daha ciddi problemlərin yaranmasına səbəb olacağını söyləyib.

Qeyd edək ki, bir müddət əvvəl Əhməd Əlirzabeygi impiçmentin qarşısını almaq üçün keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə bahalı və lüks avtomobillər payladığı barədə ifşaedici məlumatlar yayıb.

Bundan sonra nazir istefaya göndərilsə də, Əhməd Əlirzabeygiyə qarşı təzyiqlər artıb. parlamentdə onun çıxışlarına qadağa qoyulub və iyulun 18-də hökumət işçiləri məhkəməsi tərəfindən "yalan məlumatlar yaymaq" ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar