SON XƏBƏRLƏR

İranda daha bir Amerika vətəndaşı saxlanılıb

2023.07.22, 12:44
İranda daha bir Amerika vətəndaşı saxlanılıb

İranda daha bir Amerika vətəndaşı saxlanılıb. Bu barədə Amerikanın SEMAFOR internet səhifəsi xəbər yayıb.

Gunaz.tv

Saxlanılan şəxsin adını açıqlamayan sayt bu olayın İranda həbsdə olan amerikalı məhbusların azadlığa buraxılması ilə bağlı danışıqlar getdiyi bir vaxtda olduğunu bildirib.

Xəbər portalının yazdığına görə bununla da İranda həbsdə olan amerikalıların sayı dördə yüksəlib.  

Bu isə Bayden iqtidarının məhbus mübadiləsi və Tehranla gərginliyin azaldılması yönündə cəhdlərini çətinləşdirib.

SEMAFOR saytına açıqlamasında onun saxlanılması faktını Amerikada bu işlə maraqlanan 3 nəfər təsdiqləyib.

Qeyd edilib ki, yenicə saxlanılmış amerikalının məsələsi iki ölkə arasında danışıqların əsas mövzusuna çevrilib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar