SON XƏBƏRLƏR

Ukrayna Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirib

2023.07.22, 13:50
Ukrayna Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirib

Ukrayna ordusu Rusiyanın Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində yerləşən aviabazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.

Gunaz.tv

Bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Ukrayna PUA-ları neft bazasına, aerodroma və silah-sursat anbarına zərbələr endirib. Nəticədə yanğın və partlayış olub.

Dəmir yolu stansiyası yaxınlığında da yanğın baş verib.

Hadisə yerindən 5 km radiusdakı yaşayış məntəqəsinin sakinləri təxliyə edilib. Bundan başqa, Krımda dəmiryolunda hərəkət dayandırılıb.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar