SON XƏBƏRLƏR

İranın İslam Azad Universitetində də erməni dili tədris olunacaq

2023.07.22, 15:20
İranın İslam Azad Universitetində də erməni dili tədris olunacaq

İranın Tehrandakı İslam Azad İslam Universitetində erməni dili və ədəbiyyatı bölməsi açılıb.

Gunaz.tv

Bu barədə universitetin yaydığı elanda bildirilib.

“Azad İslam Universiteti Mərkəzi Tehran filialı erməni dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsinə qəbul imtahanı olmadan tələbə qəbul edir”, - elanda yazılıb.

Qeyd edək ki, bununla yaaşı İran Milli Araşdırmalar İnstitutunun direktoru Əkbər Babayi deyib ki, konstitusiyanın 15-ci maddəsinə əsasən, yalnız ermənilərin öz ana dilində təhsil almaq hüququ var.

O, konstitusiyanın 15-ci maddəsində "yerli" və "etnik" dillərin tədris olunması barədə qeydin yanlış anlaşıldığını, bunun türk, ərəb, bəluç və kürdlərə aid edilmədiyini və yalnız ermənilərin nəzərdə tutulduğunu bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar