SON XƏBƏRLƏR

İspaniyada parlament seçkiləri: müxalifət öndədir

2023.07.24, 10:00
İspaniyada parlament seçkiləri: müxalifət öndədir

İspaniyanın Mühafizəkar Xalq Partiyası keçirilən növbədənkənar parlament seçkilərində bülletenlərin 99 %-nin hesablanmasından sonra öndədir.

Gunaz.tv

Bunu krallığın hökuməti məlumat yayıb.

Aparıcı müxalif siyasi qüvvə 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) 136 yer qazanır. Ondan sonra Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (122 yer), ifrat sağçı “Voks” (33) və solçu “Sumar” (31) gəlir.

Belə ki, hökuməti sərbəst formalaşdırmaq üçün hələlik heç bir siyasi qüvvə parlamentdə mütləq səs çoxluğu əldə edə bilməyib. Bu o deməkdir ki, seçkilərdən sonra Baş nazirin namizədliyinin təsdiqi üçün mümkün dəstək üzrə danışıqlara başlanılacaq.

Qeyd edək ki, İspaniyanın Baş naziri Deputatlar Konqresi tərəfindən təsdiqlənir. Namizədi sərbəst şəkildə təsdiqləmək üçün partiya 350 yerlik palatada yerlərin əksəriyyətini (176) əldə etməlidir. Sonuncu dəfə belə hal 2011-ci ildə baş verib.

Beləliklə, baş nazirliyə namizədini təsdiq edə biləcək aşkar qalibin olmadığı halda, tərəflər mümkün dəstək barədə digər siyasi qüvvələrlə danışıqlar aparır. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar