SON XƏBƏRLƏR

İnsan haqları üzrə fəallar İran hökumətinin qadın siyasətini pisləyib

2023.07.25, 12:50
İnsan haqları üzrə fəallar İran hökumətinin qadın siyasətini pisləyib

İranda İnsan Haqları üzrə Fəallar Mərkəzi hökumətin qadın siyasətini sərt tənqid edib. Qurum yaydığı bəyanatda qadınlara qarşı “təhqiredici və uyğun olmayan qərarların” çıxarılmasını pisləyib.

Gunaz.tv

“Bu prosesin sistematik olduğunu düşünürük. Belə görünür ki, İran hökuməti məcburi hicab qanunları ilə fikrini ancaq qadınları təhqir etməyə toplayıb. Hökumət bu siyasəti ilə qadınları həbs etmək əvəzinə təhqir edir. 

Məqsəd beynəlxalq səviyyədə həbsə görə siyasi qınaqdan yayınmaqdır. Qadınlar pulsuz təmizlik işləri, meyitlərin yuyulması və psixoloji iclaslarda iştirak etmək kimi təhqiredici qərarlara qarşı susmayacaq”- bəyanatda deyilir.

Qeyd edək ki, özünü "İranda İnsan Haqları üzrə Fəallar Mərkəzi" adlandıran aktivistlər fəaliyyəti ərzində İranda yaşayan xalqların hüquqlarının molla rejimi tərəfindən pozulması barədə bircə bəyanat da verməyib. 

Qeyri-fars xalqların insani hüquqlarının pozulmasına münasibətdə bu tip “insan haqları” müdafiəçiləri"nin yanaşması İran hökumətinin rasist düşüncəsinə uyğun olduğundan adətən susmağı üstün tuturlar.

Qeyd edək ki, hicab  İranın dini rejiminin qırmızı xəttidir.

Bir neçə ildir başlayan məcburi hicaba qarşı geniş miqyaslı etirazlar İranin şovnist-dini hakimiyyətini çıxılmaz vəziyyətə salıb.

Məcburi hicaba qarşı etirazlardan məqsəd rejimi islahata məcbur etməkdir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar