SON XƏBƏRLƏR

Xoyda su kəsintilərinə görə etiraz aksiyası keçirilib

2023.07.25, 15:49
Xoyda su kəsintilərinə görə etiraz aksiyası keçirilib

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində su qıtlığı və uzun müddətli kəsintilərinə etiraz olaraq fərmandarlıq binasının həyətində aksiya keçirilib.

Gunaz.tv

Bununla bağlı güneyli sosial media fəalları məlumat və videolar yayıblar.

Etirazçı qadınlar uzun müddətli su kəsintilərindən narazılıqlarını bildirmək üçün paltar və qab-qacaqları Xoy şəhərinin fərmandarlığı həyətinə toplayıb və orada yumağa çalışıblar.

Fərmandarın etirazçı qadınlarla görüşdən imtina etdiyi və onlara qarşı zor tətbiq edilərək fərmandarlıq binasından çıxarıldıqları bildirilir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar