SON XƏBƏRLƏR

İranın nüvə böhranının həllinə cəhdlər davam edir

2023.07.26, 15:05
İranın nüvə böhranının həllinə cəhdlər davam edir

“Təkliflərin verilməsi, Qərb və İran rəsmilərinin Dohada görüşlərini asanlaşdırmaq yolu ilə İranın nüvə işinin həllinə cəhdlər davam edir”. Bunu Qətər XİN-in sözçüsü Macid Bin Məhəmməd Əl-Ənsari deyib.

Gunaz.tv

“Nüvə sazişinə qayıtma barədə danışmaq hələ tezdir. Doha bu iri işi elementlərə ayırmaqla hərəsinin ayrılıqda həll olunmasına nail olmağı düşünür. 
Bu cəhdlərdən savayı, bir birini tamlaşdıran başqa işlər də görülür"-
"Əl-Şərq" qəzetinin xəbərinə əsasən Əl-Ənsari müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, İranın nüvə işi ancaq bircə ölkənin vasitəçiliyi ilə həll oluna bilmir: "Məqsədimiz mürəkkəb və böyük bir məsələ olaraq  İranın bu işi üzrə böhranın həllinə köməklik etməkdir. 
Qətərin xarici işlər nazirinin bölgə işləri üzrə müavini Məhəmməd Bin Əbdül Əzizi Əl-Xəlifinin Tehrana səfəri və İranın rəsmiləri ilə görüşü irəliyə doğru addımlardır.

Həmçinin onun İbrahim Rəisini Dohaya səfərə dəvət etməsi İranın və Qərbin  nüvə məsələsində baxışlarının bir birinə yaxınlaşdırılması yönündə olunan və irəliyə doğru hərəkətlərdir".

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar