SON XƏBƏRLƏR

Ağ Ev Baydenin bu il vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir

2023.07.27, 09:15
Ağ Ev Baydenin bu il vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir

ABŞ administrasiyası Prezident Cozef Baydenin bu il vəd etdiyi Afrika səfərini hələlik elan edə bilmir.

Gunaz.tv

Bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Hazırda mən səfəri elan edə bilmərəm. Ancaq bildiyiniz kimi, Prezident keçən ilin sonunda Afrika liderləri ilə görüşdü. Bu, inanılmaz dərəcədə məhsuldar oldu. O, bu il Afrika qitəsinə səfər edəcəyinə söz verdi", - mətbuat katibi qeyd edib.

Eyni zamanda, o, ABŞ-nin Afrika ölkələri ilə əlaqələri inkişaf etdirmək vədini yerinə yetirdiyini də vurğulayıb.

Xatırladaq ki, ABŞ-Afrika Sammiti ötən ilin dekabr ayında Vaşinqtonda keçirilib. (report)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar