SON XƏBƏRLƏR

İran Ermənistana hərbi dəstəyi genişləndirir - Ağ Ev

2023.07.27, 10:15
İran Ermənistana hərbi dəstəyi genişləndirir - Ağ Ev

Ermənistan Azərbaycanla son hərbi gərginliklər ərəfəsində İranın “Şahed” pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib. Ola bilsin ki, Moskvada keçirilən XİN başçılarının sonuncu üçtərəfli görüşündə bu məsələ də müzakirə olunub.

Gunaz.tv

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun gündəlik məlumatında bildirilib.

Məlumatda deyilir ki, İran Ermənistana hərbi dəstəyini genişləndirə bilər. "Ola bilsin, Rusiya Ermənistan üzərində təsirini bərpa etməyə və Tehranın İrəvana təsirini azaltmağa çalışır”, - ABŞ İnstitutunun yaydığı məlumatda vurğulanıb.

Amerikalı ekspertlərin fikrincə, Rusiya Ermənistan və Azərbaycana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruri olduğunu xatırlatmaq üçün yollar axtarmağa davam edir. 

Qeyd edilib ki, Moskvada keçirilən üçtərəfli görüşdə Rusiya uzunmüddətli, effektiv sülh sazişinin real müzakirəsini təxirə salmağa çalışıb.

Xatırladaq ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. (modern)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar