SON XƏBƏRLƏR

İran Rusiyanın "Suxo-35" qırıcılarını almaqdan imtina edib

2023.07.27, 13:43
İran Rusiyanın "Suxo-35" qırıcılarını almaqdan imtina edib

İran "Suxo-35" qırıcılarını almaqdan imtina edib. Almandilli “Floq Riviyu” dərgisinin məlumatına görə, buna səbəb Rusiyanın davranışları olub.

Gunaz.tv

Beləki Rusiya iranlı mütəxəssislərə "Suxo-35" qırıcılarına texniki qulluq və sazlama prosesini öyrətməkdən imtina edb.

Jurnal yazır ki, Rusiya "Suxo-35" ehtiyat hissələrinin qarşıdakı 30 ildə İranda istehsalı texnologiyası, həmçinin onların təmiri və sazlanması prosesi ilə bağlı bilgiləri ötürmək qadağan olduğu üçün bu addımı atıb. 

"İran ilk "Suxo-35" qırıcısını yaxın günlərdə Rusiyadan təhvil almalı idi.

Lakin bu barədə müqavilə tamamilə ləğv olunub. Beləki İran tərəfi rusların "Suxo-35" ehtiyat hissələrinin İranda istehsalı texnologiyasının ötürülməsi barədə təklifi ilə razılaşmayıb”-aviasiya dərgisi bilgili qaynağa istinadən yazıb.

Rusiya rəsmiləri məsələtə hələ münasibət bildirməyiblər.

Lakin bir müddər dərc olunmuş xəbərlərə əsasən, İsrailin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin qabaqcıl silahların, o cümlədən bu qırıcıların İrana  verilməməsi barədə razılaşıblar. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar