SON XƏBƏRLƏR

İnsan Haqları Təşkilatı Xameneyi ilə bağlı etiraz bəyanatı yaydı

2023.07.27, 16:46
İnsan Haqları Təşkilatı Xameneyi ilə bağlı etiraz bəyanatı yaydı

Mərkəzi qərargahı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı İran rəhbəri Əli Xameneyinin Avropa vətəndaşlarını edam ediləcəyi ilə bağlı çıxşına qarşı bəyanat yayıb.

Gunaz.tv

"Bu edam hökmlərinin icrasının İranda xaricdə də həyata keçiriəcəyi ilə bağlı təhdiddir.

Təəssüflər olsun ki, bu ilin may ayında ailədən kənar münasibət ittihamı ilə bir nəfərin, müqəddəsləri təhqir etmək ittihamı ilə isə iki nəfərin edam edilməsinə beynəlxalq ictimaiyyətin lazımi reaksiya verməməsi İran rəhbərlərini oxşar hökmlər verməyə, hətta Avropa vətəndaşlarını edam etməklə təhdid etməyə sövq edib",- bəyanatda bildirilib.

Qeyd edək ki, Xameneyi bir neçə gün əvvəl Quranın yandırılması ilə bağlı tvitter paylaşımında hadisəni törədənlərin ən şiddətli şəkildə cəzalandırılmalarını, edam edilmələrini istəyib.

O, həmin şəxslərin cəzalandırılmaq üçün müsəlman ölkələrinə təhvil verilmələrini tələb edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar