SON XƏBƏRLƏR

İranda hökumət mollasının intim videoları yayılıb

2023.07.31, 16:49
İranda hökumət mollasının intim videoları yayılıb

İranın Gilan əyalətinin keçmiş Əxlaq Polisinin rəhbəri, tanınmış din xadimi Höccətül İslam Mehdi Həqşünasın bacanağı olan həmcinsi ilə münasibətlərini əks etdirən video görüntüləri yayılıb.

Gunaz.tv

Bu barədə "Radio Gilan" teleqram kanalı məlumat və video paylaşıb.

Məlumatda tannmış mollanın bir neçə gün əvvəl həmcinsi ilə intim münasibətlərinin videosu yayıldığına görə işdən qovulan Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqqəti ilə yaxın dost olduğu bildirilir.

Mehdi Həqşünasın hazırda Gilan əyalətinin Ənzəli şəhərində dini mərasimlər təşkil etdiyi, əxlaq və islami həyat tərzi barədə təbliğat apardığı qeyd edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gilan əyalətinin Mədəniyyət və İslami Təbliğat İdarəsinin rəhbəri, İffət və Hicab Mərkəzinin təsisçisi Rza Siqqəti həmcinsi ilə intim münasibətlərinə görə işdən çıxarılıb.

İranın mədəniyyət və islami təbliğat naziri Məhəmməd Mehdi İsmaili Rza Siqqətinin işdən qovulması xəbərini təsdiqləyib. Nazir R.Siqqətinin işdən azad edilməsini bir sıra nöqsanlara yol verməsi ilə əlaqələndirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar