SON XƏBƏRLƏR

Belarus və İranın müdafiə nazirləri hərbi əməkdaşlıq haqqında memorandum imzalayıblar

2023.07.31, 17:09
Belarus və İranın müdafiə nazirləri hərbi əməkdaşlıq haqqında memorandum imzalayıblar

Belarus və İranın müdafiə nazirləri hərbi əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Gunaz.tv

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Belarus müdafiə naziri general-leytenant Viktor Xreninin İrana rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb.

Tərəflər cari il üçün əməkdaşlıq planını müəyyənləşdiriblər.

Görüş zamanı tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, həmçinin hərbi sahədə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. (Report)

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar