SON XƏBƏRLƏR

İranın daxili işlər naziri xalqı yenə hədələdi

2023.08.02, 15:13
İranın daxili işlər naziri xalqı yenə hədələdi

“Hicabsızlığa və örtünməməyə rəğbətləndirən şəxslərə qarşı ölçü götürüləcək. Hamı bu sosial normalara riayət etməlidir.” bunu İranın DİN Əhməd Vəhidi jurnalistlərlə müsahibəsində deyib.

Gunaz.tv

“Kimsə örtünməməyi əsaslandırmağa və rəğbətləndirən şəxslərii gücləndirməyə cəhd etməsin. Biz əsla bununla razılaşmayacayıq. Cavabdeh orqanlar hökmən ölçü götürəcək.

Bu halları təşviq edənlər də “qanuna qarşı durmağa rəğbət törədənlər” qismində tanınıb onlara qarşı ölçü götürüləcək. Təhlükəsizlik və məlumat orqanları bu tərz hərəkət edənləri saxlayacaq.”

Vurğulayaq ki, İranın dini rejimini sarsılda bilən və onurğa sütunu hesab olan ən birinci məsələ hicabdır. 

Ona görə də bir neçə ildir başlayan və aktiv olaraq 11 aya yaxındır ki,  məcburi hicaba qarşı edamlar, həbslər və bir başa atəş açmaqla nəticələnən geniş miqyaslı etirazlar İranin şovnist-dini hakimiyyətini çıxılmaz vəziyyətə salıb. 

Bu səbəbdən İran hamiyyəti hicab barədə hədələrini davam etdirir. Həmçinin məhkəmə sistemi tərəfindən hicaba qarşı çıxanlara sair nağd cərimə və qeyri nağd insan haqlarına zidd qərarlar çıxarılmaqla yanaşı “1 ayadək meyit yuma” cəzası verilir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar