SON XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Belarusdan ekstradisiya edildi

2023.08.03, 11:06
Beynəlxalq axtarışda olan  Azərbaycan vətəndaşı  Belarusdan ekstradisiya edildi

Azərbaycan vətəndaşı Haşımov Zamik Bəylər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Belarus Respublikasının Baş Prokurorluğu təmin edib.

Gunaz.tv

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Zamik Haşımov qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. O,  Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqsirləndirilsə də,  istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Avqustun 3-də  Zamik Haşımov Belarus Respublikasından ölkəmizə gətirilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar