SON XƏBƏRLƏR

İran hakimiyyətinə qarşı döyüşmək istəyən silahlı qrup aşkarlanıb

2023.08.03, 13:31
İran hakimiyyətinə qarşı döyüşmək istəyən silahlı qrup aşkarlanıb

İranın Sistan və Bəluçistan Əyalətində hakimiyyətə qarşı silahlı mübarizə niyyətində olan qrup aşkarlanıb.

Gunaz.tv

Qrupun üzvləri 4 nəfərdən ibarət olub. Bu barədə İranın SEPAH-a bağlı internet səhifələri bildirib.
Məlumata əsasən SEPAH-ın Quru Qüvvələri Qüds Qərargahının Ümumi Əlaqələr Şöbəsi bildirib ki, həmin dəstə İran hakimiyyətinə qarşı silahlı fəaliyyətlər görətmək və əməliyaytlar həyata keçirmək istəyirmiş. 

Qrupdan 6 ədəd silah və müəyyən miqdarda döyüş sursatı və partlayıcı maddələr aşkarlanaraq zəbt olunub.

Qeyd edək ki, İran hakimiyyətinin xalqa, xüsusilə də qeyri fars xalqlara qarşı insan haqlarına zidd siyasətləri nəticəsində mübarizə daha da aqresiv xarakter alır. 

Həmin etnik xalqların mübarizləri hüquqlarının müdafiəsi məqsədi ilə Sistan və Bəluçistan Əyaləti və sair əyalətlərdə, o cümlədən Əl-Əhvaz (Xozistan) Əyalətində silahlı birləşmələr formalaşdırır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar