SON XƏBƏRLƏR

Təbrizdə su qıtlığı gözlənilir

2023.08.03, 13:53
Təbrizdə su qıtlığı gözlənilir

Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkəti yaxın günlərdə Təbriz şəhəri və ətraf bölgələrində su qıtlığı yaranacağı barədə xəbərdarlıq edib.

Gunaz.tv

Məlumatda Təbriz və ətraf bölgələrinin içməli suya olan tələbatını təmin edən Nəhənd su anbarının qurumaq üzrə olduğu, hazırda bənddə mövcud olan su ehtiyatının 3.5 milyon kübmetrə qədər azaldığı və bir aydan da az müddət ərzində bunun tamamilə tükənəcəyi bildirilib.

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı yaranıb.

Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar