SON XƏBƏRLƏR

Təbrizdə içməli suyun verilməsi dayandırılıb

2023.08.04, 15:19
Təbrizdə içməli suyun verilməsi  dayandırılıb

Avqustun 1-dən başlayaraq Təbrizin bir çox bölgələrində içməli suların verilməsi dayandırılıb.

Gunaz.tv

Bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda şəhərin 24 məhəlləsində içməli su yoxdur.

"Bu, Su və Kanalizasiya Şirkətinin təbrizlilərin əsəbləri ilə oynamasıdır. Neçə gündür davam edən su qıtlığı  əhalini çətin vəziyyətə salıb",- Təbrizin "Azərəncümən" saytı belə yazıb.

Yerli fəallar və internet istifadəçiləri problemlə bağlı çoxsaylı paylaşımlar edərək, bu vasitə ilə hakimiyyətin vətəndaşları etiraz aksiyalarına çıxmağa sövq etdiyini bildiriblər. 

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı,  başqa bölgələrdə də su qıtlığı yaranıb.

Ümumilikdə, hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar