SON XƏBƏRLƏR

Təbrizdə su qıtlığına görə aksiya keçirildi

2023.08.07, 11:09
Təbrizdə su qıtlığına görə aksiya keçirildi

Avqustun 6-ı gecə saatlarında Təbrizin bir neçə bölgəsində, o cümlədən, Bağmeşə və Abbasi küçələrində bir həftədir davam edən su qıtlığına görə etiraz aksiyası keçirilib.

Gunaz.tv

Etirazçılar hökumət nümayəndələri və əlaqədar dövlət qurumlarının problemin həlli ilə bağlı  tədbir görmədiklərinə narazılıqlarını bildiriblər.

Qeyd edək ki, bir həftədir Təbrizin 24 məhəlləsində içməli suyun verilməsi  dayandırılıb.

Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkəti təbrizlilərə problemin həlli ilə bağlı söz versə də, bu özünü doğrultmayıb.

Təbrizin içməli suyunu təmin edən Nəhənd su anbarında suyun tükənməsi ilə eyni vaxtda Təbrizin ətrafında olan kəndlərdə də içməli su çatışmazlığı yaranıb.

Ümumilikdə, hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar