SON XƏBƏRLƏR

Amerikanın Körfəzdə 5-ci donanmasına 3 min yeni qüvvə göndərilib

2023.08.07, 12:10
Amerikanın Körfəzdə 5-ci donanmasına 3 min yeni qüvvə göndərilib

Amerikanın Orta Şərq bölgəsində İrana qarşı tədbirlərin davamı olaraq Dəniz Piyadaları Korpusu matrosları və hərbçilərindən ibarət 3 min yeni qüvvə artıq bölgəyə çatıb. Bunu Amerikanın Körfəzdə 5-ci donanması öz bəyanatında bildirib.

Gunaz.tv

“1 ədəd dəniz-quru döyüş gəmisi və 1 ədəd eniş gəmisi Orta Şərqdə yerləşən hava-dəniz təchizatına qoşulmaq üçün Suez Kanalından Qırmızı Dənizə sarı keçiblər. Dəniz-quru gəmisində 24 helikopter, şaquli qalxan təyyarə-helikopter xüsusiyyətli, Osprey kateqoriyalı qırıcı və Harrier qırıcıları mövcuddur” -donanmanın bugünkü  bəyanatında deyilir. 

Qeyd edək ki, Amerika bir müddət əvvəl “İran tərəfindən hərbi olmayan gəmilərin dayndırılmasının qarşısını almağa” yeni tədbirlər görəcəyini bildirmişdir. 

 Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar