SON XƏBƏRLƏR

İranlı junalistlər ölkəyə qayıtmaqdan imtina etdilər

2023.08.07, 12:46
İranlı junalistlər ölkəyə qayıtmaqdan imtina etdilər

"İran" qəzetinin idman yarışlarını işıqlandırmaq üçün Avstraliyaya göndərdiyi reportyor Səid Zahidiyan və fotoqraf Nəim Əhmədi ölkəyə qayıtmaqdan imtina ediblər.

Gunaz.tv

Qadınlar arasında keçirilən dünya çempionatını işıqlandırmaq üçün Avstraliyaya göndərilən Nəim Əhmədi xəbəri təsdiqləyərək özünün və Səid Zahidiyanın sığınacaq istəmək fikrində olduğunu bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyaları və hadisələri işıqlandıran jurnalistlərin həbs hallarının artmasından sonra ölkədən çıxan media işçilərinin sayı artıb.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə qədər  jurnalist həbs edilib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, çox sayda jurnalist həbsdə saxlanılır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar