SON XƏBƏRLƏR

Tehran həbsxanasında məhbus intihar etdi

2023.08.07, 13:26
Tehran həbsxanasında məhbus intihar etdi

Tehran həbsxanasında Cavad Xeyrxahan adlı məhbus bilək damarlarını kəsərək intihara cəhd göstərib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onun yaxınlarının dediyinə görə, məhkum həbsxanada məmurların təzyiqi və işinin ədalətli araşdırılmamaması səbəbindən intihara əl atıb.

Məhbus ağır vəziyyətdə "Xomeyni" xəstəxanasına çatdırılıb əməliyyat olunmasına baxmayaraq, durumunun ağır, həyatının təhlükəli olduğu deyilir.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar