SON XƏBƏRLƏR

BQXK-nın nümayəndələri Ermənistanda əsirlikdə olan hərbçilərimizə baş çəkiblər

2023.08.08, 11:21
BQXK-nın  nümayəndələri Ermənistanda əsirlikdə olan  hərbçilərimizə baş çəkiblər

Avqustun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə baş çəkiblər.

Gunaz.tv

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynovanın sözlərinə görə, Azərbaycan hərbçilərinə telefon və Qızıl Xaç Məktubları vasitəsilə ailələri ilə əlaqə yaratmaq imkanı verilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində  Azərbaycan ordusunun itkin düşmüş əsgərləri -  Bəbirov Aqşin Qabil oğlu və  Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq  həbs ediliblər. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar